Bu ilin yanvar ayında Azərbaycanda 600 min ton neft emal edilib, bu da illik müqayisədə 24,7% artım deməkdir.
2023-cü ilin yanvarında Azərbaycanda 481 mln. ton neft emal edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda 5,8 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 10,8% azdır.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
apa