Azərbaycanda neft hasilatı və əmtəəlik qaz hasilatı artıb | Banco.az

Azərbaycanda neft hasilatı və əmtəəlik qaz hasilatı artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 28 994,7 min ton xam neft hasil edilib.

Bu həcmin 28 956,2 min tonu əmtəəlik xam neft olub.

Hesabat dövründə neft hasilatı 0,7% artıb.

Ən sərfəli kredit üçün müraciət et

İlin doqquz ayı ərzində ölkədə 22 246,7 mln. kubmetr təbii qaz hasil edilib ki, onun da 13 833,8 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə qaz hasilatının həcmi illik 5,5%, əmtəəlik qazın həcmi isə 2,4% artıb.

Report.az