Azərbaycanda neft hasilatı azalmaqda davam edir | Banco.az

Azərbaycanda neft hasilatı azalmaqda davam edir

2019-cu ilin yanvar-may aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,7 milyard manat olmaqla, əvvəlki ilin yanvar-may aylarına nisbətən 0,7 faiz artmışdır.

Sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 15,7 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 10,1 milyard kub metr təşkil etmişdir. Neft hasilatı 2,9 faiz azalmış, qaz hasilatı isə 40,4 faiz artmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 256,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,7 faiz azalmışdır. Neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun istehsalı azalmış, yanacaq mazutunun, dizel yanacağının, ağ neftin, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı artmışdır.

Marja