Azərbaycanda nə qədər işsiz var? | Banco.az

Azərbaycanda nə qədər işsiz var?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin martın 1-i vəziyyətinə görə, 286,8 min nəfərə (5,46%) bərabər olub.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 250,9 min nəfər olub, onlardan 4 964,1 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 725,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,7 min nəfər, qeyri-dövlət sektorunda isə 823,4 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 693,7 min nəfər çalışıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et