Azərbaycanda nə qədər işsiz var? | Banco.az

Azərbaycanda nə qədər işsiz var?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin fevralın 1-i vəziyyətinə görə, 286,7 min nəfərə (5,46%) bərabər olub.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 250,2 min nəfər olub, onlardan 4 963,5 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 741,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,1 min nəfər, qeyri-dövlət sektorunda isə 842,7 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 701,4 min nəfər çalışıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et