Azərbaycanda nə qədər bank kartı var? | Banco.az

Azərbaycanda nə qədər bank kartı var?

Bank sistemi üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 10 milyon 858 min ədəd təşkil edib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17.7%, kredit kartları üzrə 27.3% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 130 min, kredit kartları 293 min, digər kartlar isə 1.2 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 11 ayı ilə müqayisədə 78.7% artmışdır. 2021-ci ilin 11 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9668 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6132 mln.manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3501 mln. manatı POS-terminallar, 34 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34.8 %-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 7.2%, POSterminalların sayı 6.7% artıb.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et