Azərbaycanda nar istehsalı sahəsində əsas maneələr və həll yolları açıqlanıb | Banco.az

Azərbaycanda nar istehsalı sahəsində əsas maneələr və həll yolları açıqlanıb

Azərbaycanda 3%-lik təşviq mexanizminin yenidən bərpa edilməsi və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə fermerlər arasında illərdir davam edən borc problemlərinin hələ də həll edilməməsi, sahibkarların aqrar sektora marağının azalmasına səbəb olur.

Bunu “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

Onun sözlərinə görə, nar sektorunun inkişafı üçün ixrac bazarlarının genişləndirilməsi və məhsulun emalı sənayesinin inkişafı vacibdir. “Bunun üçün infrastrukturun təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və subsidiya mexanizmlərinin inkişaf etdirilməsi əsas şərtdir. Aqrar sahədə yeni və qabaqcıl texnologiyaların tətbiqi vacibdir. Dünya təcrübəsi göstərir ki, narın şirəsi, qabıqları və tumu tibdə, farmakologiyada, kosmetologiyada, sənayedə və digər sahələrdə istifadə oluna bilər. Ən populyar nar məhsulları arasında süfrə narı, nar şirəsi, nar şərabı, konsentratı və nar çaxırı yer alır,” – deyə F. Qaraşov vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

O, “Azərbaycan Narı” brendinin beynəlxalq sərgilərdə və tədbirlərdə təqdim olunduğunu, narımızın xarici bazarlarda dadı və digər keyfiyyətləri ilə tanındığını qeyd edib. Xarici bazarlarda brendin tanıdılması üçün təqdimat və marketinq tədbirlərinin həyata keçirilməsi və beynəlxalq sərgilərdə yerli fermerlərin məhsullarının təqdim olunması mühüm əhəmiyyət kəsb edir, Assosiasiya rəhbəri qeyd edib.

report