Azərbaycanda nağdsız ödənişlərin həcmi 7 mlyrd. manatı ötüb | Banco.az

Azərbaycanda nağdsız ödənişlərin həcmi 7 mlyrd. manatı ötüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 7,214 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,3% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 455 mln. manatı ATM-lər, 2,771 mlrd. manatı POS-terminallar, 3,988 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Təkcə sentyabrda isə 1,109 mlrd. manatlıq nağdsız ödənişlər həyata keçirilib ki, bu da avqust ayı ilə müqayisədə 23,1% çoxdur. Sentyabrda nağdsız ödənişlərin 67 mln. manatı ATM-lər, 332 mln. manatı POS-terminallar, 710 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, sentyabrda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi aylıq rekordu yeniləyib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram