Azərbaycanda nağdsız ödənişlərin həcmi 33% artıb | Banco.az

Azərbaycanda nağdsız ödənişlərin həcmi 33% artıb

Azərbaycanda cari ilin yanvar-avqust ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 696 mln. manat həcmində əməliyyatlar həyata keçirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verilir.

Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 173 mln. manat və ya 33% artıb.

Əməliyyatların 504 mln. manatı POS-terminallar, 192 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 193 mln. manat və ya 62% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 20 mln. manat və ya 9% azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin avqust ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 5 mln. manat və ya 8% artaraq 69 mln. manat, ATM-lə nağdsız ödənişlərin həcmi isə 1 mln. manat və ya 4% artaraq 28 mln. manat təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et