Bu ilin yanvar-aprel aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,734 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,3% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 158 mln. manatı ATM-lər vasitəsilə, 1,124 mlrd. manatı POS-terminallar vasitəsilə, 1,452 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!