Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 mlrd. manata yaxınlaşır | Banco.az

Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 mlrd. manata yaxınlaşır

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 9,668 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,7% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 34 mln. manatı ATM-lər, 3,501 mlrd. manatı POS-terminallar, 6,132 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, noyabrda elektron ticarətdə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni tarixi rekord qeydə alınıb. Belə ki, təkcə noyabrda elektron ticarət şəbəkəsində istifadəçilər 914 mln. manatlıq ödənişlər həyata keçiriblər. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et