Azərbaycanda nağd rubl alışı bu il 40% azalıb | Banco.az

Azərbaycanda nağd rubl alışı bu il 40% azalıb

2021-ci ilin yanvar-iyun aylarında əhali kommersiya banklarından 989,332 mln. nağd Rusiya rublu alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 39,7% azdır.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə iyun ayında əhali 170,743 rubl alıb ki, bu da may ayı ilə müqayisədə 17,1% çoxdur.

Bundan başqa, cari ilin ilk altı ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 7,619 mlrd. rubl təşkil edib ki, bu da illik müqayisədə 22,9% çoxdur. Təkcə iyun ayında bu göstərici 1,671 mlrd. rubla bərabər olub ki, bu da aylıq müqayisədə 22,4% çoxdur. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et