Azərbaycanda pul bazası 2016-cı il dekabrın 1-nə 7 702,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, noyabrın 1-i ilə müqayisədə 253,3 mln. manat və yaxud 3,4% çoxdur.
İlin əvvəlinə nisbətən nağd pul kütləsi 800,4 mln. manat və yaxud 11,6%, son bir ildə isə 971,6 mln. manat və yaxud 14,4% artıb.
Mənbə: Report.az