Azərbaycanda nağd pul kütləsi 18 % artıb | Banco.az

Azərbaycanda nağd pul kütləsi 18 % artıb

2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 5,47 milyard manatlıq (495,5 milyon ədəd) pul nişanını dövriyyədən çıxarıb, əvəzində 8,07 milyard manatlıq (568,3 milyon ədəd) pul nişanını dövriyyəyə buraxıb.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, nəticədə tədavüldə olan nağd pul kütləsi 2,6 milyard manat (73 milyon ədəd) və yaxud 17,7 % artaraq 17,31 milyard manat (947 milyon ədəd) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

AMB ötən il iqtisadiyyatın tələbinin ödənilməsi məqsədilə 547,35 milyon manatlıq (97,87 milyon ədəd) kağız və 3,6 milyon manatlıq (18,7 milyon ədəd) metal pul nişanlarını istehsal edərək ölkəyə gətirib və milli valyuta üzrə ehtiyatları 12,62 milyard manata (582,8 milyon ədəd) çatdırıb.

Bundan başqa, tənzimləyici qurum il ərzində 1,78 milyard manatlıq (103 milyon ədəd) yararsız kağız pul nişanlarını yeniləri ilə əvəz edib.

report