Azərbaycanda nağd pul büdcə xərcləri hesabına artıb | Banco.az

Azərbaycanda nağd pul büdcə xərcləri hesabına artıb

Son 3 ayda Azərbaycanda monetar şərait yumşalıb, pul bazası, kredit porteli və manat əmanətləri artır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dərəcəsinin dəyişməsi ilə bağlı açıqlamasında bildirilir.

AMB bildirir ki, İdarə Heyətinin ötən iclasından keçən müddətdə monetar şərait yumşalmaqda davam edib. Belə ki, manatla pul bazasının artım tempinin yüksələrək 14%-ə çatıb, bu əsasən vahid xəzinə hesabından da istifadə edilməklə büdcə xərcləmələri ilə bağlıdır.

AMB bildirir ki, monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin 2019-cu ilin 11 ayında 26.9% artması milli valyutada yığımların cəlbediciliyini göstərir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 62.5%-dən noyabr ayında 54.1%-ə, o cümlədən, rezident fiziki şəxslər üzrə müvafiq olaraq 54.6%-dən 49.5%-ə enmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Pul siyasətinin yumşalmasının kredit aktivliyinə də müsbət təsirləri hiss olunmaqdadır. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16.1% artmışdır. O cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 21%, hüquqi şəxslərə kreditlər isə 11.6% artmışdır.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et