Azərbaycanda nağd ödənişlərin payı 40%-ə endiriləcək | Banco.az

Azərbaycanda nağd ödənişlərin payı 40%-ə endiriləcək

Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası nəticəsində Azərbaycanda nağdsız ödənişlərin illik həcminin təqribən 17 mlrd. manat artacağı gözlənilir.

Bu, nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcək.

Nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaq.

“Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatında şəffaflıq artacaq, vergidən yayınma halları azalacaq, bank sektoru sağlamlaşacaq, işə götürənlə işçi arasında maliyyə şəffaflığı təmin ediləcək, sosial sığorta ayırmalarının həcmi artacaq, elektron bank əməliyyatlarının çeşidi və həcmi genişlənəcək, elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi artacaq, elektron ticarətin həcmi böyüyəcəkdir. Bütün bunlar Azərbaycanda iqtisadiyyatın nağdsızlaşmasını sürətləndirəcək, real ümumi daxili məhsulun (ÜDM) və dövlət büdcəsi gəlirlərinin artmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə ciddi töhfə verəcək”, - deyə Dövlət Proqramında qeyd olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et