Azərbaycan Vergilər Nazirliyi nağdsız hesablaşmalar zamanı ƏDV üzrə vergi dərəcəsini indiki 18 faizdən 9 faizədək azaldılmasını təklif edir. Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına kömək edəcək: "Bununla belə, bu təklif hamı tərəfindən dəstəklənmir".