Azərbaycanda nağd avro alışı iyunda 2 dəfədən çox artıb | Banco.az

Azərbaycanda nağd avro alışı iyunda 2 dəfədən çox artıb

2021-ci ilin yanvar-iyun aylarında əhali kommersiya banklarından 82,574 mln. nağd avro alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,9% azdır.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə iyun ayında əhali 18,642 mln. avro alıb ki, bu da may ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bundan başqa, cari ilin ilk altı ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 31,619 mln. avro təşkil edib ki, bu da illik müqayisədə 29,2% azdır. Təkcə iyun ayında bu göstərici 6,225 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 6,8% çoxdur.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et