Azərbaycanda nağd avro alışı bu il 33% azalıb | Banco.az

Azərbaycanda nağd avro alışı bu il 33% azalıb

2021-ci ilin yanvar-iyul aylarında əhali kommersiya banklarından 100,016 mln. nağd avro alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,2% azdır.

İyul ayında isə əhali 17,442 mln. avro alıb ki, bu da iyun ayı ilə müqayisədə 6,4% azdır.

Bundan başqa, cari ilin ilk yeddi ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 37,838 mln. avro təşkil edib, bu isə illik müqayisədə 23,6% azdır. Ötən ay bu göstərici 6,219 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 0,1% azdır.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et