Azərbaycanda müəssisə və təşkilatların sayı artıb | Banco.az

Azərbaycanda müəssisə və təşkilatların sayı artıb

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin ümumi sayı 2017-ci il yanvarın 1-nə 1 566 vahid, ötən ilin əvvəlində isə 1 591 vahid olub. 

Müəssisə və təşkilatların 1 498-i kommersiya təşkilatlarıdır. Bir il öncə isə bu, 1 531 vahid olub.

Bu maliyyə fəaliyyəti ilə məşğul təşkilatların cəmi təsərrüfat subyektlərində xususi çəkisi 1,6%-dən 1,4%-ə enib.

Hesabat ili ərzində müəssisə və təşkilatların sayı 7,0% artaraq 2017-ci il yanvarın 1-nə 107 358 olub. Artım iqtisadiyyatın “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Peşə, elmi və texniki fəaliyyət”, “Nəqliyyat və anbar təsərrüfatı”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “İnformasiya və rabitə”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

©Report