Azərbaycanda mobil POS-terminallar işə düşə bilər | Banco.az

Azərbaycanda mobil POS-terminallar işə düşə bilər

Azərbaycanda yaxın zamanlarda smartfon platformalarında mobil POS-terminallar işə düşə bilər.

Bunu "MasterCard"ın Avropa ölkələrində biznesin inkişafı və kibertəhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı "Gələcək indidir" adlı onlayn konfrans zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanda "Apple Pay" sistemi işə salınıb və bu, qlobal korporasiyaların Azərbaycan bazarına çıxış əldə etməkdə maraqlı olduğunu göstərir:

"Azərbaycanda POS-terminalların 80 faizə yaxını təmassız ödənişləri dəstəkləyir ki, bu da yerli bazara həmin sistemin çıxışını təmin etdi".

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram