Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 1 389 ədəd minik avtomobili istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 12,2% azalıb.
Cari ilin iyun ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 276 ədəd təşkil edib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycana 567 milyon 602 min dollar dəyərində 31 954 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib. Bu isə illik müqayisədə 5 440 ədəd azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!