2018-ci ilin yanvar ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7,497 mlrd. manat təşkil edib ki, bunun da 2 mlrd. 529,6 mln. manatı (33,74%) milli valyuta, 4 mlrd. 967,4 mln. manatı (66,26%) isə xarici valyuta ilə yerləşdirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
2017-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 76,9 mln. manat və ya 74,13% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 1 mlrd. 327,1 mln. manat və ya 21,1% azalma var.
Bununla yanaşı, ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında manatda olan əmanətlərin həcmi 3,3 mln. manat və ya 0,13%, xarici valyutada olan əmanətlərin həcmi isə 60,9 mln. manat və ya 1,21% azalıb.
Apa.az