Azərbaycanda milli reytinq agentliyinin yaradılması təklif olunur | Banco.az

Azərbaycanda milli reytinq agentliyinin yaradılması təklif olunur

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti ölkəmizdə yerli reytinq agentliyinin yaradılması fikrini dəstəkləyir.

Xidmətin rəhbəri Namiq Xəlilovun sözlərinə görə, sığorta nəzarəti ölkədə belə bir agentliyin yaradılması təşəbbüsü ilə çıxış etməyib.

"Amma bununla yanaşı, biz ölkədə belə bir agentliyin yaradılması fikrini dəstəkləyirik. Əslində bu olduqca faydalı bir ideyadır. Belə ki, yerli agentlik şirkətlərin aktivlərini daha təfərrüatlı şəkildə və bütün parametrlər üzrə qiymətləndirə bilər. Beynəlxalq agentliklər isə şirkətlərə məxsus resursları qiymətləndirən zaman reytinq plankasının ən yüksək səviyyəsi ilə məhdudlaşırlar", deyə N.Xəlilov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et