Bu ilin yanvar-oktyabr aylarında Bakıda metro xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, metropoliten xidmətindən istifadə edən sərnişinlərin sayı 188,9 milyon nəfərə çatıb.
Qeyd edək ki, Bakmetro xətlərinin uzunluğu 40,7 km, stansiyaların sayı isə 27-dir.
2030-cu ilədək Bakı metrosunun ümumi planlaşdırılmış sayı 76-ya, xətlərin uzunluğu isə 119,1 km olacaq.
report