Azərbaycanda metanol istehsalı 3,2 dəfə artıb | Banco.az

Azərbaycanda metanol istehsalı 3,2 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 277,4 min ton metanol (metil spirti) istehsal edilib.

Bu həcm ötən ilin müvafiq dövründən 3,2 dəfə çoxdur. Sentyabrın 1-i tarixinə ölkədə 22,5 min ton hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et