Azərbaycanda məşğulluq artır, işsizlərin sayı azalır | Banco.az

Azərbaycanda məşğulluq artır, işsizlərin sayı azalır

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Maliyyə Nazirliyi 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına əsasən ilkin proqnozlara görə gələn il dövlət büdcəsinin gəlirləri  33 milyard 765 milyon, xərcləri isə 36 milyard 355 milyon manat olacaq.

Banco.az xəbər verir ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub ki, gələn il  sosial müavinət və sosial təminat xərcləri də artırılaraq 4 542 232 496,0 manat olacaq.

Bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq, 925,3 manat olub. Orta aylıq əməkhaqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, 2003-2013-ci illər ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 270 min nəfərədək işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib, 30 mindən çox insan peşə hazırlığı kurslarına cəlb olunub.

Dövlət Məşğulluq Agentliyinin məlumatına görə,  işsiz kimi qeydiyyta düşən şəxslər üçün 175 sahə üzrə peşə hazırlığı həyata keçirilir. Bu siyahı ilə agentliyin saytında tanış olmaq mümkündür. Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır.

Peşə hazırlığı layihəsinə müraciət etmək istəyən şəxslər yaşadığı rayon üzrə regional məşğulluq filiallarına müraciət edə bilər. Vətəndaşların orada qeydiyyatı aparılır, məşğulluq imkanları qiymətləndirilir və daha sonra peşə hazırlığı üzrə layihədə iştirak etmək istəyən müsahibələrə cəlb olunurlar.

Ödənişsiz əsaslarla təşkil edilən və 1-6 ay müddətində davam edən peşə hazırlığında iştirak edən işsiz şəxslər minimum aylıq əmək haqqı məbləğində (345 AZN) təqaüd ödənilir.

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1115 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Ən sərfəli kredit üçün müraciət et

İlk növbədə həmin şəxslər təlim kurslarına cəlb edilib və onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilib.

Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təmin ediliblər.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatında bildirilir ki, ölkədə ümumi işsizlik səviyyəsi 1 yanvar 2023-cü il tarixinə 5.629%-dən 5.640%-ə qədər artıb. İşsizlik səviyyəsi noyabrın əvvəli 5.637% təşkil edirdi və bu dekabrda bir qədər azalıb.

Statistikaya əsasən işsizlik səviyyəsinin artmasında səbəb iqtisadi fəal əhalinin sayının dekabrda 2.3 min artımla 5 milyon 3584 min nəfərə çatdığı halda, məşğul əhalinin isə cəmi 1.6 min nəfər artımla 5 milyon 0562 min artmasıdır. Beləliklə, 0.7 min nəfər bu fərqdən işsizlik üçün say artımı olub ki, dekabrın sonuna işsizlərin sayının 3022 nəfərə çatdırıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayına əsasən, Azərbaycan Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsinə malik ölkədir.

BVF-in proqnozuna əsasən, cari il respubli­kamızda işsizlik səviyyəsi 2022-ci ildən etibarən də­yişməyərək 5,9 faiz təş­kil edəcək, gələn il isə bu göstərici 5,8 faizə enəcək.

Regionun digər ölkələ­rinə gəlincə, BVF tərəfin­dən Ermənistada işsizlik səviyyəsinin 2023-cü ildə artaraq 12,5 faizdən 13,5 faizə çatacağı proqnozlaşdırılıb, gələn il üzrə proqnozlar isə 13 faizdən 14 faizədək qaldırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et