Azərbaycanda Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq | Banco.az

Azərbaycanda Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

Azərbaycanda Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyinin yaradılması üzrə müzakirələr davam edir. 

Bunu bugünkü brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, hazırda Agentliyin yaradılmasında hansı ölkənin modelinin nümunə kimi seçilməsi müzakirə mövzusudur: "Bu sahədə Polşa, Almaniya kimi bir sıra ölkələrin təcrübəsi var. İndi hansı ölkənin təcrübəsindən istifadə ilə bağlı müzakirələr aparılır. Hazırda bu işlə birbaşa müxtəlif dövlət qurumları məşğul olur. Amma mərkəzimiz də bu sahədə tədqiqatlarını davam etdirir".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et