Azərbaycanda mehmanxanaların gəlirləri 12%-dən çox artıb | Banco.az

Azərbaycanda mehmanxanaların gəlirləri 12%-dən çox artıb

2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 12,1 faiz artaraq 125,1 milyon manat olub ki, onun da 58,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28 faizi ictimai iaşə xidmətlərindən, 3,1 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

    Məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,4 faiz artaraq 868,3 min olub.

    Gecələmələrin ümumi sayının 58,2 faizi Bakıda, 10 faizi Qusarda, 5,4 faizi Qəbələdə, 4,8 faizi Şabranda, 4,3 faizi Naftalanda, 3,1 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,5 faizi Şamaxıda, 1 faizi Ağdamda, 1 faizi Naxçıvan Muxtar Respublikasında, 1 faizi Şuşada, və 7,1 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

    apa