Azərbaycanda mehmanxanaların gəlirləri 12% artıb | Banco.az

Azərbaycanda mehmanxanaların gəlirləri 12% artıb

Cari ilin birinci yarısında Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 mln. manat olub.

Onun da 66,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7%-i müalicə və sağlamlıq xidmətlərindən, 6,4%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6% (2018-ci ilin birinci yarısında 20,8%) təşkil edib. Bu göstərici Şabranda 48,6%, Naftalanda 47,9%, Bakıda 32,9%, Beyləqanda 30,9%, Qəbələdə 28,2%, Qubada 24,5%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7%) iyun ayında qeydə alınıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et