Azərbaycanda mayda populyar olan axtarış sistemləri açıqlanıb | Banco.az

Azərbaycanda mayda populyar olan axtarış sistemləri açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin may ayında Azərbaycanda “Google” ən popular axtarış sistemi olub.

Banco.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ay “Google”un ölkə üzrə bazar payı 80.63 faiz təşkil edib.

Bu dövrdə “Yandex” axtarış sisteminin payı 17.19 faiz, “Bing”in payı 1.29 faiz, “Yahoo”nun payı 0.45 faiz, “DuckDuckGo”nun payı isə 0.37 faiz təşkil edib.

Qeyd edək ki, ötən ay “Google”un global miqyasda payı isə 89,57 faizə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram