Azərbaycanda manatla depozit və kreditlər ucuzlaşıb | Banco.az

Azərbaycanda manatla depozit və kreditlər ucuzlaşıb

Azərbaycan bank sektorunda noyabrın 1-nə depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyutada illik 8,46%, xarici valyutada 8,51% təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricilərdən müvafiq olaraq 0,27 və 0,09 faiz bəndi azdır. Qeyd edək ki, manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 2015-ci il yanvarın 1-i ilə müqayisədə müvafiq olaraq 3,26 və 2,2 faiz bənd azalıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, ən diqqətçəkən dəyişiklik fiziki şəxslərin 1 aya qədər olan depozit və əmanətlərində qeydə alınıb. Belə ki, manatla 1 aya qədər depozit və əmanətlər üzrə orta faiz göstəricisi noyabrın 1-nə 3,95%-ə bərabər olub. Qeyd edək ki, oktyabrın 1-nə bu göstərici 7,94% təşkil edib. Azalma 3,99 faiz bəndi olub.

Xarici valyutada isə 1 aya qədər olan depozit və əmanətlərin orta faiz həddi noyabrın 1-nə 5,33% təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricidən 0,45 bənd azdır.

Ən sərfəli kredit üçün müraciət et

Verilmiş kreditlər üzrə orta faiz dərəcəsi noyabrın 1-nə manatla 13,23%, xarici valyutada isə 13,24% təşkil edib. Bu, oktyabrın 1-nə olan analoji göstəricidən manatla 0,78 bənd və ya 5,56% azdır, xarici valyutada isə 0,50 bənd və ya 3,9% coxdur. Qeyd edək ki, verilmiş kreditlər üzrə orta faiz dərəcələri 2015-ci il yanvarın 1-i ilə müqayisədə 2,69 və 3,95 faiz bəndi azalıb.

Qeyd edək ki, verilmiş kreditlər üzrə ən önəmli dəyişiklik 9-12 aylıq kreditlərdə qeydə alınıb. Belə ki, manatla 9-12 aylıq kreditlər noyabrın 1-nə 12,7% təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricidən 4,34 bənd azdır. Xarici valyutada isə 9-12 ayadək verilmiş kreditlərin orta qiyməti noyabrın 1-nə 12,01% olub və bu, aylıq müqayisədə 0,72 faiz bəndi çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et