​Azərbaycanda manatla bank depozitləri xeyli azalıb | Banco.az

​Azərbaycanda manatla bank depozitləri xeyli azalıb

Azərbaycanda manatla bank depozitlərinin ümumi həcmi (qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan) 2015-ci il sentyabrın 1-nə 4 038,7 mln.manat təşkil edib. Avqustun 1-nə olan analoji göstərici ilə müqayisədə azalma 438,5 mln.manat və ya 9,8% olub.

Banco.az  Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin əvvəli ilə müqayisədə depozitlərin həcmi 3 237,1 mln. manat və ya 44,5% azalıb. Keçən ilin anoloji dövrü ilə müqayisədə isə azalma 2 912,7 mln. manat və ya 41,9% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Xarici valyutada yerləşdirilən depozitlərin həcmi sentyabrın 1-nə 8 187,7 mln. manat təşkil edib. Son bir ayda bu depozitlərin həcmi 186 mln. manat və ya 2,3% artıb. Yanvarın 1-nə nisbətən isə artım 4 057,4 mln. manat və ya 98,2%, keçən sentyabrın 1-i ilə müqayisədə isə 4 333,7 mln. manat və ya 112,4% olub.

 

Ən sərfəli krediti almaq üçün müraciət et