Azərbaycanda maliyyə və sığorta sahəsində maaşlar 3 000 manata çatır | Banco.az

Azərbaycanda maliyyə və sığorta sahəsində maaşlar 3 000 manata çatır

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 8 faiz artaraq 997,1 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3745,5 manat, qeyri neft-qaz sektorunda 946,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,7 manat, özəl müəssisələrdə isə 1042,8 manat olub.

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 587,2 manat), maliyyə-sığorta (2 777,0 manat), peşə, elmi və texniki fəaliyyət sahəsindədir (1 701,0 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (567 manat) sahəsindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 326,2 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 296,1 manat. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram