Azərbaycanda maliyyə sektorunun inkişafı üçün hüquqi baza optimallaşdırılır | Banco.az

Azərbaycanda maliyyə sektorunun inkişafı üçün hüquqi baza optimallaşdırılır

Azərbaycanda maliyyə sektorunun inkişafına səbəb olan hüquqi bazanın optimallaşdırılması üzrə işlər görülür.

Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib.

Onun sözlərinə görə, artıq "Ödəniş sistemləri və xidmətləri haqqında" Qanun qəbul edilib. Qanun bu sektorun inkişafının sürətlənməsinə imkan verəcək, həmçinin effektiv tənzimlənməsini təmin edəcək.

"Maliyyə sektoru ən son texnologiyalara (o cümlədən blokçeyn) ehtiyac duyur. Rəqəmsal valyutaların və kriptovalyutaların rolu getdikcə artmaqdadır. Bildiyiniz kimi, Azərbaycanda rəqəmsal manatın hazırlanması üzrə işlər görülür. Bununla yanaşı, texnologiyaların inkişafı ilə kibertəhlükəsizlik sektoruna diqqət ayırmaq lazımdır. Belə ki, 2022-ci ildə haker hücumları nəticəsində 4,2 milyard dollar itirdik ki, bu da bank fəaliyyətinin texniki və texnoloji bazasının gücləndirilməsinin zəruri olduğundan xəbər verir", - o deyib.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et