Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin azalıb | Banco.az

Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 2,4 mln. manatı və ya 0,02%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub.

"Report" rəsmi statistik rəqəmlərə istinadan xəbər verir ki, bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 27,3% azalıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu sahəyə investisiyaların məcmu investisiya qoyuluşunda xüsusi çəkisi 0,2% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 268,7 mln. manatlıq vəsait yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% azdır. Bu vəsaitin 71,2 %-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 80,2%-i məhsul istehsalı obyektləri, 15,5%-i xidmət sahələri üzrə obyektlər, 4,3%-i isə ümumi sahəsi 1 205,5 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Rəsmi statistikaya əsasən, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,1%-ni təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et