Azərbaycanda maliyyə axınlarının həcmi 37 mlrd. manata çatıb | Banco.az

Azərbaycanda maliyyə axınlarının həcmi 37 mlrd. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin üçüncü rübündə ödəniş daxilolmaları ötən illərin (2018-2022) səviyyələrindən yuxarıda qərarlaşıb. İyul ayınının əvvəlindən etibarən artım dinamikası müşahidə olunsa da, rübün digər aylarında sabit dinamika qeydə alınıb. Rüb ərzində maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.3% və ya 8.6 mlrd. manat artaraq 36.9 mlrd. manat təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin ikinci rübü üzrə "Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat"ında qeyd edilib.

2022-ci ildə olduğu kimi 2023-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30.6%), topdan və pərakəndə ticarət (13,6%), tikinti (14.9%) olub.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə dövlət idarəetməsi və müdafiə (2.4 mlrd. manat) və tikinti sahələri (2 mlrd. manat) olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et