Azərbaycanda maliyyə axını 7% artıb | Banco.az

Azərbaycanda maliyyə axını 7% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin ikinci rübü ərzində maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.5% və ya 1.8 mlrd. manat artaraq 29.2 mlrd. manat təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin ikinci rübü üzrə "Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat"ında qeyd edilib.

2022-ci ildə olduğu kimi 2023-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30.7%), ticarət, nəqliyyat vasitələrinin təmiri (14.4%) və tikinti (10.2%) olub.

Məlumata görə, daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624.4 mln. manat artım) və nəqliyyat və anbar təsərrüfatı (547.9 mln. manat artım) sahələri olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et