Azərbaycanda lotereya təşkilatçılarının üzərinə yeni öhdəlik qoyulub | Banco.az

Azərbaycanda lotereya təşkilatçılarının üzərinə yeni öhdəlik qoyulub

İqtisadiyyat Nazirliyinin Kollegiyası 5 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Lotereyaların təşkili və keçirilməsi Qaydası”na, “Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası”na və “Stimullaşdırıcı lotereyanın təşkili və keçirilməsi Qaydası”na dəyişiklik edib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra lotereya təşkilatçıları terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunla müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

report

Ən sərfəli krediti almaq üçün müraciət et