Bu ilin yanvar ayında Azərbaycanda külək elektrik stansiyalarında 56,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumata görə, bu, ötən ilin yanvar ilə müqayisədə 21,6 dəfə çoxdur.
Hesabat ayında Azərbaycanda 2 milyard 257 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,8 % azdır. Bunun 2 milyard 186,6 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 3,5 % azdır.
Aylıq istehsalın 133,4 milyon kVt/saatı su elektrik stansiyalarının (38,5 % az), 1 milyard 978,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (2,5 % az), 22,1 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisinin (21,1 % çox) payına düşüb.
Hesabat dövründə günəş elektrik stansiyalarında 18,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 15,6 % çoxdur.
