Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb | Banco.az

Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 414,milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 7,4% artaraq 246,3 milyon manat təşkil edib.

Ötən 9 ay ərzində Azərbaycanda 1175,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 5,7% çoxdur.

Bunun 290,6 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 9,3% azdır.

Bunun 16127,7 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 7,2% çoxdur.

Hesabat dövründə Azərbaycanda 85,8 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 2,7 dəfə çoxdur.

Yanvar-sentyabr aylarında ölkədə 34 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 7,3% çoxdur.

Report.az