Azərbaycanda kriptovalyuta istifadə olunacaqmı? - Elman Rüstəmovdan cavab | Banco.az

Azərbaycanda kriptovalyuta istifadə olunacaqmı? - Elman Rüstəmovdan cavab

Azərbaycan Mərkəzi Bankının (AMB) kriptovalyutaya münasibətdə mövqeyi mühafizəkar olaraq qalır.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, AMB kriptovalyutaya alternativ ödəniş vasitəsi kimi baxmır:

"Biz hesab edirik ki, kriptovalyutalar investisiya baxımından təhlükəli alət olaraq qalmaqda davam edir".

Mənbə: Trend.az