Azərbaycanda kriptolaşmanın hazırkı səviyyəsi pul siyasəti üçün təhlükə yaratmır | Banco.az

Azərbaycanda kriptolaşmanın hazırkı səviyyəsi pul siyasəti üçün təhlükə yaratmır

Dünyada gedən rəqəmsal transformasiya prosesi rəqəmsal aktivlərə, xüsusilə də kriptovalyutalara və paylanılmış maliyyə həllərinə marağı artırıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Qeyd olunub ki, bu sahəyə olan marağın geniş vüsət almasına baxmayaraq, Azərbaycanda kriptolaşmanın hazırkı səviyyəsi pul siyasəti və maliyyə vasitəçiliyi üçün təhlükə yaratmır.

Lakin AMB-dən həmçinin bildirilib ki, kriptovalyutalar əsasən investisiya məqsədləri üçün istifadə olunduğundan onların dəyərində kəskin volatillik müşahidə olunur.

"Bu səbəbdən Mərkəzi Bank bir daha kriptovalyuta istifadəçilərinə tövsiyə edir ki, kriptovalyutalara investisiya edərkən potensial riskləri nəzərə alsınlar", - requlyator vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram