Azərbaycanda kreditlərin sığortasına maraq artır | Banco.az

Azərbaycanda kreditlərin sığortasına maraq artır

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 1 milyon 98 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 276.9 min manat və ya 33,7% çoxdur.

Sığorta ödənişlərinin məbləği isə 14 min manat təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında bu növ üzrə yığımların məbləği 821,1 min manat, ödənişlərin məbləği isə 14,5 min manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram