Azərbaycanda kreditlərin həcmi 17 milyard manata çatıb | Banco.az

Azərbaycanda kreditlərin həcmi 17 milyard manata çatıb

Kredit qoyuluşunun 34,7 faizi dövlət tərəfindən həyata keçirilmişdir.

2014-cü il avqust ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında istifadə olunan kreditlərin həcmi 17,0 milyard manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,0 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, kredit qoyuluşunun 34,7 faizi dövlət, 62,4 faizi özəl banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Verilmiş kreditlərin 79,1 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,3 faizinin ödənilmə vaxtı keçmişdir.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et