Azərbaycanda kreditlərin dollarlaşması tarixi minimumu yeniləyib | Banco.az

Azərbaycanda kreditlərin dollarlaşması tarixi minimumu yeniləyib

Bu ilin yanvar ayının 31-nə Azərbaycanda kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditləri 17,242 mlrd. manat təşkil edib. Bu, illik müqayisədə 18,2% çoxdur.

Kreditlərin 25,7%-i xarici valyutadadır və beləliklə, kreditlərin dollarlaşması statistikanın əlçatan olduğu tarixdən – 2001-ci ildən bəri ən aşağı səviyyədədir.

Qeyd edək ki, son bir ildə kreditlərin dollarlaşması 3,7 faiz bəndi azalıb. Kreditləri dollarlaşmasının pik həddi isə 2001-2005-ci illərdə müşahidə olunub – 60%-in üstündə. 2006-cı ildə manatın 5000:1 nisbətində denominasiyasından sonra bu nisbət tədricən azalaraq indiki səviyyəyə enib.

Xatırladaq ki, əmanətlərdə də de-dollarlaşma prosesləri davam edir. Bu ilin yanvarın 31-nə Azərbaycanda fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2013-cü ilin dekabr ayından bəri ən aşağı səviyyəyə enib və 39,3% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram