Azərbaycanda kreditlərin 97%-ni banklar verib | Banco.az

Azərbaycanda kreditlərin 97%-ni banklar verib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artaraq milli valyuta ekvivalentində 22 041,9 milyon manat təşkil etdib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi kredit portfelinin 18 326 milyon manatı və ya 83,1 faizi uzunmüddətli kreditlərin payına düşüb. 

Məlumata görə, kreditlərin 97 faizi banklar, 3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 25,3 faiz azalaraq 494,7 milyon manat olmuş və ümumi kredit portfelinin 2,2 faizini təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et