Azərbaycanda kredit tarixçələrini əldə edən vətəndaşların sayı 100 mini ötüb | Banco.az

Azərbaycanda kredit tarixçələrini əldə edən vətəndaşların sayı 100 mini ötüb

Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi ilə Elektron Xidmətlər Portalı üzərindən ödənişsiz şəkildə öz kredit tarixçələri barəsində məlumat əldə etmiş vətəndaşların sayı artıq 100 000 nəfəri ötüb. Bunun 38 673-ü Bakı iqtisadi rayonunun, 8 565-i Abşeron-Xızı rayonunun ərazisinin payına düşüb.

Banco.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlar tərəfindən əldə edilmiş kredit hesabatlarının sayı isə 300 mindən çox olub.

Vətəndaşlar real vaxt rejimində Elektron Xidmətlər Portalında müvafiq səhifəyə (http://accr-portal.e-cbar.az) “digital.login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. Reyestrdə ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram