Banco.az portalı Mərkəzi Banka istinadən bildirir ki, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi bu ilin yanvar ayına 21 mlrd. 152.0 mln. manat təşkil edib. Bu, ötən ilin dekabr ayına olan analoji göstərici ilə müqayisədə 2 mlrd. 973,7 mln. manat çoxdur.
Banco.az bildirir ki, artıq 9 aydır ki, davam edən azalma tendensiyasından sonra, yanvar ayında ilk dəfə mənfi dinamikaya son qoyuldu.
AMB-in məlumatına əsasən, keçən ilin anoloji dövrü ilə müqayisədə isə bu göstərici 3 mlrd. 134,6 mln. manat çoxdur.