Azərbaycanda kredit portfelinin 10%-dən çoxu problemlidir | Banco.az

Azərbaycanda kredit portfelinin 10%-dən çoxu problemlidir

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1,594 mlrd. manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 3,7 mln. manat və yaxud 0,2% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 121,4 mln. manat və yaxud 8,25%, son 1 ildə isə 212,7 mln. manat və yaxud 15,4% artıb.

Qeyd edək ki, aprelin sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 10,3% paya malik olub. Bu nisbət martın sonunda 10,2%, ötən ilin sonunda 8,95%, 1 il bundan əvvəl isə 7,4% olub.